MY yeni qapıçı alır

MY yeni qapıçı alır

"Mançester Yunayted" yeni qapıçı transfer etməyə hazırlaşır.

Fanat.Az "Goal"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq əsas qolkiper David de Xeaya əvəzləyici tapıb.

MY-nin "Uotford"un "çərçivə" qoruyucusu Daniel Baxmana elçi düşdüyünü vurğulanıb. De Xeanın komandadakı indiki əvəzləyicisi Din Hendersonun yaxın günlərdə "Nottinhem Forest"ə keçəcəyini qabardan mənbə yeni qapıçı transferinin əsas hədəflərdən olduğunu bildirib. Bu transferin Mançester təmsilçisinə 5 milyon avroya başa gələcəyi açıqlanıb.

Qeyd edək ki, 27 yaşlı avstriyalı son mövsümdə "Uotford"da 13 matça çıxıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər