"Mançester Yunayted" gənc yarımmüdafiəçisi Fakundo Pellistrini icarəyə göndərməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Manchester Evening News"in jurnalisti Samuel Lukharst məlumat yayıb.
Mankunianlılar 2020-2020-ci illərdə İspaniya "Alaves"ində icarə əsasında çıxış edən və iki mövsümdə fərqlənə bilməyən futbolçunu bu qış Braziliya klublarından birinə icarəyə verməyə çalışsalar da, Pellistri özünə yeni komanda tapa bilməyib. "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq 21 yaşlı futbolçuya uzunmüddətli perspektivdə ümid etdiyini bildirib.
Pellistri bu mövsüm İngiltərə Premyer Liqasında cəmi iki oyun keçirib. O, hər iki matçda əvəzedici kimi meydana çıxıb və heç nə ilə yadda qalmayıb.
Mirağa