MY ulduzunu itirə bilər

MY ulduzunu itirə bilər

Səudiyyə Ərəbistanı komandaları yay transfer bazarında da Ulduz futbolçu ovuna hazırlaşır.  Fanat.Az xəbər verir ki, ərəblər artıq indidən Rafael Varana elçi düşüblər. 

İnsayder Ben Yakobsun məlumatına görə, "Əl İttihad" təcrübəli müdafiəçini  almağa çalışır. Belə ki, klubun məqsədi Marselo Qalardonun rəhbərliyi altında komandanın müdafiə xəttini gücləndirməkdir. Varan transfer siyahısındadır. Fransız futbolçunun "qırmızı şeytanlar"la hazırkı müqaviləsinin müddəti bu mövsümün sonuna qədərdir. 30 yaşlı futbolçu müqaviləni yeniləmək istəmir.  Varan bu mövsüm cəmi 1564 dəqiqə meydanda olub. Bu müddət ərzində o, bir qol vurmağı bacarıb. "Transfermarkt" onun dəyərini 25 milyon avro qiymətləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər