"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Bek karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Canluka di Martsio yayıb.
Mənbənin məlumatına görə, van de Beek "Roma" klubuna təklif olunub.
“Qırmızı şeytanlar” niderlandlı futbolçunun xidmətində maraqlı deyil və onu başqa kluba göndərmək istəyir. 26 yaşlı yarımmüdafiəçi "Roma"ya icarəyə təklif olunub. Paytaxt klubu digər variantları götür-qoy etsə də, MY-nin futbolçusu ilə yaxın günlərdə müqavilə imzalamaq ehtimalı yüksəkdir.
Donni van de Beek ötən mövsüm "Mançester Yunayted"in heyətində bütün yarışlarda cəmi 10 oyun keçirib. Futbolçunun müqaviləsinin müddəti 2025-ci ilə qədərdir və "Transfermarkt" onun transfer dəyərini 13 milyon avro qiymətləndirib.
Mirağa