MY-nin vingeri bu ay iş yerini dəyişə bilər

MY-nin vingeri bu ay iş yerini dəyişə bilər

"Mançester Yunayted"in vingeri Fakundo Pelyistri karyerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.

Xəbərə görə, 22 yaşlı uruqvaylının xidmətində "Vilyarreal" maraqlıdır. Mənbə La Liqa təmsilçisinin transferi bu ay tamamlamaq istədiyini və keçidin reallaşmaq ehtimalının böyük olduğunu vurğulayıb.

Qeyd edək ki, cari mövsüm MY forması ilə bütün turnirlərdə 13 matça çıxan Pelyestri 1 məhsuldar ötürmə müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər