MY-nin Ronalduya görə ödəyəcəyi məbləğ açıqlandı

MY-nin Ronalduya görə ödəyəcəyi məbləğ açıqlandı

"Mançester Yunayted" portuqaliyalı hücumçu Kriştianu Ronaldu (Cristiano Ronaldo) üçün "Yuventus"a təxminən 20 milyon avro ödəyəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi "Twitter" səhifəsində məlumat yayıb.

"Mançester Yyunayted" turinlilərə 15 milyon avro ödəyəcək. Bundan əlavə, "qoca sinyora" bonus olaraq daha 8 milyon avro ala bilər.

Daha öncə Ronaldunun "Mançester Yunayted" klubuna keçdiyi məlum olmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər