"Mançester Yunayted" müdafiəçisi Erik Bayini "Olimpik Marsel"ə icarəyə verib.
Fanat.Az-ın məluamtına görə, informasiyanı İngiltərə klubunun saytı yayıb.
Məlumata görə, icarə müqaviləsi 2022/2023 mövsümünün sonuna qədər nəzərdə tutulub.
"Olimpik Marsel" 28 yaşlı futbolçunu sonradan transfer etmək hüququna da sahibdir.
Qeyd edək ki, Bayi “Mançester Yunayted”in heyətində ümumilikdə 113 oyuna çıxıb və 1 qol vurub.