MY-nin forvardı fanatlardan üzr istədi

MY-nin forvardı fanatlardan üzr istədi

”Mançester Yunayted”in hücumçusu Aleksis Sançes İngiltərə Premyer Liqasının 38-ci turunda "Kardiff Siti”dən alınan yenilgiyə görə üzr istəyib.

 

 

Fanat.Az xəbər verir ki, mövsümü 6-cı yerdə bitirən "mankunianlar”ın forvardı 0:2 hesablı yenilginin ardından "instaqram”dakı hesabında bunu yazıb:

"Çox çətin mövsüm idi. Azarkeşlərimiz üzrxahlığı haqq edir. Çünki bizi hər zaman dəstəkləyirlər. Şəxsən mən zədələr üzündən ən yaxşı oyunumu göstərə bilmədim. Fanatlarımızı arzulanan hədəfə çatdıra bilmədiyimiz üçün üzr istəyirəm. Biz "Mançester Yunayted”ik! Bir gün klub əvvəlki kimi böyük olacaq. Aleks Ferqyusonun dönəmində olduğu kimi...”

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər