Mütəllimov “100”ə çatdı

Mütəllimov “100”ə çatdı
Azərbaycan Premyer Liqasının XIII turu "Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.
 
Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi çempionatda 100-cü oyununu keçirib.
 
Bu, "Sabah”la ev matçına təsadüf edib. Debütü 2015/16 mövsümündə gerçəkləşən Mütəllimov 100 oyunda 11 qol vurub. O, üç klubun şərəfini qoruyub. Premyer Liqada ilk dəfə "Zirə” forması ilə meydana çıxan futbolçu bu klubda 63 görüşdə 4 qola imza atıb.
 
"Qəbələ”də 24 matça çıxan Tellur 5 dəfə fərqlənib. Millimizin üzvü "Sumqayıt”dakı 13 matçda 2 dəfə rəqib qapısına yol tapıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər