Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Krivbas”ın qonağı olub. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” hazırda 34 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.