Hikmət Karaman ilə yolları ayrılan"Çaykur Rizəspor"un yeni baş məşqçisinin adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Xəbərə görə, Rizə təsmilçisinə "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli başçılıq edəcək.
Qeyd edək ki, Mustafa Dənizli 2012-2013-cü il mövsümündə Qaradəniz klubunu çalışdırıb. Onun idarəçiliyi altında komanda Superliqaya yüksəlib.
Fanat.Az