Musanın komandası İsveç kubokunda finala çıxdı

Musanın komandası İsveç kubokunda finala çıxdı

İsveç kubokunda finalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, sonuncu yarımfinal görüşündə azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” Stokholm derbisində AİK-lə üz-üzə gəlib.

Əsas vaxtı 1:1 hesabıyla bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Qurbanlının komandası 3:2 hesabıyla qalib gələrək finala yüksəlib. “Yurqorden” mayın 9-da keçiriləcək həlledici oyunda “Malmö” ilə qarşılaşacaq.

Musa bugünkü görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər