Ömür yolu yarıda qırılan çempion - VİDEO

Ömür yolu yarıda qırılan çempion - VİDEO

Bakıda yol qəzası törədərək faciəvi şəkildə vəfat edən qaydasız döyüş üzrə dünya və Avropa çempionu Fərhad Poladovun ölümündən 2 ildən çox vaxt keçir.

İdmançı "Koroğlu" metrostansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun əks tərəfinə çıxaraq "Hyundai" markalı avtomobillə toqquşub.

Ağır xəsarətlər alan Fərhadı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Jurnalist Araz Əhmədov bu dəfə 25 yaşında dünyasını dəyişən Fərhad Poladovun həyatına həsr edilən videosüjet hazırlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər