Münhen nəhəngində ciddi itki

Münhen nəhəngində ciddi itki

“Bayern”in heyətində ciddi itki baş verib.

Fanat.Az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Kinqsli Koman sıradan çıxıb. Fransalı vinger Almaniya Bundesliqasının 19-cu turunun “Auqsburq”la matçında (3:2) zədələnib.

27 yaşlı futbolçunun 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Koman bu mövsüm “Bayern”in heyətində meydana çıxdığı 24 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər