Mundialın 100-cü qolu avtoqol oldu

Mundialın 100-cü qolu avtoqol oldu

Dünən Qətərdə keçirilən dünya çempionatında 100-cü qol vurulub.

Fanat.Az xəbər verir ki, mundialın yubiley qoluna Mərakeş millisinin futbolçusu Nayef Aquerd imza atıb.

O, Kanadaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə - qrup mərhələsinin 3-cü turunun matçında topu öz qapısından keçirib.  

Qeyd edək ki, Xorvatiya, Belçika və Kanadanın yer aldığı F qrupunda 7 xal toplayan şimali afrikalılar qrup lideri qismində 1/8 finala yüksəlib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər