"Mundiala qatılmaq üçün son addımı atmalıyıq" - Blaqoya Milevski 

"Mundiala qatılmaq üçün son addımı atmalıyıq" - Blaqoya Milevski 

DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında İtaliyanı səfərdə yenərək Portuqaliya ilə üz-üzə gəlmək hüququ qazanan Şimali Makedoniyanın baş məşqçisi Blaqoya Milevski qarşıdakı görüşü dəyərləndirib.

Fanat.Az xəbər verir ki, mütəxəssis fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:

"Dünyanın ən yaxşı komandalarından birini məğlub etmişik. İndi mundiala qatılmaq üçün son addımı atmalıyıq. Avropanın 20 ən yaxşı komandasından biri kimi, istəyimizi həyata keçirməyə çalışacağıq".

Xatırladaq ki, İtaliyadakı matçda rəqibini 2-ci uzatma dəqiqəsində vurduğu yeganə qolla mundialsız qoyan Şimali Makedoniyanın heyətində Aleksandar Traykovski fərqləınmişdi.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər