MS Alvaresin tələbini yerinə yetirəcək

MS Alvaresin tələbini yerinə yetirəcək

"Mançester Siti" futbolçusu Xulian Alvareslə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Telemundo"nun əməkdaşı Veronika Brunati yayıb.

"Şəhərlilər"in  Alvareslə daha yaxşı maddi şərtlər fonunda yeni müqavilə bağlayacağı və bu sözləşmənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı bildirilib.

Daha öncə Alvaresin maaşının artırılmasını istədiyi barədə məlumatlar dərc edilmişdi.

Qeyd edək ki, sözügedən futbolçunun klubu ilə indiki anlaşmasının müddəti 2027-ci ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər