Moyes bunu 23-cü cəhddə bacardı

Moyes bunu 23-cü cəhddə bacardı

Premyer Liqanın 19-cu turu çərçivəsində "Arsenal"ın qonağı olan "Vest Hem" səfərdə qalib gəlib.

Fanat.Az xəbər verir ki, “Emireyts” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Opta" Sports"un məlumatına görə, “Vest Hem”in baş məşqçisi David Moyes karyerasında ilk dəfə “Arsenal”ı səfərdə məğlub etməyi bacarıb. Bu, 23-cü cəhddə baş verib.

Moyes dünənə qədər "Arsenal"la səfər matçlarında 18 məğlubiyyət və 4 heç-heçə ilə yadda qalmışdı. 

60 yaşlı şotlandiyalı 2002-ci ildən Premyer Liqa klublarına rəhbərlik edir. O, "Vest Hem"dən başqa, "Everton", "Mançester Yunayted" və "Sanderlend"də çalışıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər