"Mourinyu Salaha hücum çəkdi"

"Mourinyu Salaha hücum çəkdi"

Vaxtilə "Liverpul"un və Misir yığmasının ulduzu Məhəmməd Salahla "Çelsi"də komanda yoldaşı olan Con Obi Mikel maraqlı açıqlaması ilə diqqət çəkib. 

Fanat.Az xəbər verir ki, nigeriyalı futbolçu "Dubai Eye"yə müsahibəsində o vaxt londonluların baş məşqçisi olan Joze Mourinyunun Salahla gərgin münasibətindən bəhs edib:

"Salah oyunların birini zəif keçirdi. Matçın fasiləsində Mourinyu ona hücum çəkdi.  Joze qəzəbli halda onun üstünə düşüb xeyli danladı. Təbii ki, o vaxt mən, elə Mourinyu da Salahın dünya ulduzu olacağını hiss etmirdik. 

Salah göz yaşları içində başını aşağı salmışdı. Mourinyu onu fasilədən sonra soyunub-geyinmə otağında qoyub getdi. Onu sadəcə əvəzləsəydi, bu Salaha o qədər də təsir etməzdi. Ancaq o, misirlini "darmadağın" etdikdən sonra heyətdən uzaqlaşdırdı". 

Məhəmməd Salah 2014-cü ilin yanvarında "Bazel"dən "Çelsi"yə transfer olunan Salah London klubunda iki il yarım keçirsə də, müqaviləsinin böyük hissəsi ərzində "Fiorentina" və "Roma"da icarə əsasında oynayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər