Mourinyu hakimləri günahlandırdı

Mourinyu hakimləri günahlandırdı

"Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya A Seriyasının 35-ci turu çərçivəsində səfərdə "Bolonya" ilə heç-heçəni (0:0) şərh edib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis rəqibin tempi aşağı salmasına göz yumduğu üçün hakimi günahlandırıb:

“Matç çox yaxşı alınmadı. Qələbə qazanmaq istəyən komanda yetərincə iş görmədi, qalib gəlmək istəməyən komanda isə qarşısına qoyduğu məqsədə çatdı. Hakim də onlara imkan yaratdı. Son nəticədə pis matç alındı.

Sözsüz, “Roma” özünə görə məsuliyyət daşıyır, çünki qələbə üçün kifayət qədər səy göstərmədik. Amma hakim də oyuna cavabdeh şəxsdir. O, azarkeşlərin arzuladığı, görmək istədiyi tamaşanın keyfiyyətinə qətiyyən önəm vermədi. Referi hər şeyin öz axarı ilə getməsinə imkan yaratdı". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər