"Roma" İtaliya A Seriyasının XI turunda "Milan"a 1:2 hesabə ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, Roma təmsilçisinin baş məşqçisi Joze Mourinyu (Jose Mourinho) oyunu idarə edən hakimlərin işindən narazı qalıb.
"Football İtaliya" nəşrinə danışan 58 yaşlı mütəxəssis bildirib ki, “Roma" azarkeşlərinə hörmətsizlik məni qəzəbləndirir. “Milan”ı təbrik edirəm, amma daha heç nə demək istəmirəm. “Roma” azarkeşlərinə və klubumuzu sevən hər kəsə qarşı hörmətsizliyə görə bir az əsəbləşirəm. Futbolçularımızı soyunub-geyinmə otağında saxladım, hakimlərin yanına buraxmadım. Əsas odur ki, emosiyalarımızı cilovlamağı bacardıq".
Xatırladaq ki, "Milan" İtaliya A Seriyasının turnir cədvəlində 31 xalla ikinci yerdədir. "Roma" isə 19 xalla 4-cü sırada qərarlaşıb.
Emin Şəmsiyev