Mourinyu çantasını topladı - İstefa səbəbi bilinir

Mourinyu çantasını topladı - İstefa səbəbi bilinir

"Roma"nın baş məşqçisi Joze Mourinyuo bu mövsümün sonunda iş yerini dəyişə bilər.

Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Çempionlar Liqasına düşməyəcəyi halda portuqaliyalı mütəxəssis postundan ayrılacaq.

Qeyd edək ki, Mourinyunun hazırki müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq.

A Seriyasında 24 turdan sonra 44 xal toplayan "Roma" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Canavarlar” dördüncü pillədəki “Latsio”dan cəmi bir xal geri qalır.

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər