Mourinyu Ançelottini geridə qoydu - "Top 10"

Mourinyu Ançelottini geridə qoydu - "Top 10"

“Roma”nın Avropa Liqasının qrup mərhələsinin son turunda “Ludoqorets” üzərində qələbəsi (3:1) Joze Mourinyu üçün əlamətdar olub.

Fanat.Az "SkySport"a istinadən xəbər verir ki, romalıların çalışdırıcısı bununla avrokuboklarda ən çox qələbə qazanan məşqçi ünvanına sahib çıxıb.

“Special One” qitə turnirlərində 108-ci dəfə qalib gəlib. O, bununla "Real Madrid"in baş məşqçisi Karlo Ançelottini geridə qoyub.

Avrokuboklarda ən uğurlu məşqçilərin ilk "10-luğ"u belədir: 

• Joze Mourinyu: 108 qələbə • Karlo Ançelotti: 107 qələbə • Ser Aleks Ferqyusson: 106 qələbə • Pep Quardiola: 97 qələbə • Arsen Venger: 96 qələbə • Unay Emeri: 90 qələbə • Rafa Benites: 74 qələbə • Dieqo Simeone: 67 qələbə • Yürgen Klopp: 65 qələbə • Luis van Qaal: 58 qələbə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər