Mourinyu 200-ə çatdı

Mourinyu 200-ə çatdı
"Tottenhem" Premyer Liqanın 34-cü turu çərçivəsində "Everton"u 1:0 hesabı ilə məğlub edib.
Bu, "Tottenhem"in baş məşqçisi Joze Mourinyunun İPL-də 200-cü qələbəsidi. Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, portuqaliyalı Premyer Liqa tarixində 200 qələbə limitinə çatan beşinci məşqçidi. O, Deyvid Moyes (207), Harri Rednapp (236), Arsen Venger (476) və Aleks Ferqyusondan (528) geri qalır.
Qeyd edək ki, sözügedən göstəriciyə ən tez çatan (326 oyunda 200 qalibiyyət) məşqçi Aleks Ferqyusondu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər