Mourinyonun qışda almaq istədiyi ulduz

Mourinyonun qışda almaq istədiyi ulduz
Joze Mourinyonun qış fasiləsində komandasına gətirmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis Vilyam Karvalyonu "Mançester Yunayted"də görmək istəyir.
"Mançester Yunayted" "Sportinq"də çıxış edən futbolçunu yayda da heyətinə qatmağa çalışmışdı. Amma tərəflər anlaşa bilməmişdi. Mourinyo rəhbərlikdən onun transferini qışda bitirməyi istəyib.
Qeyd edək ki, Anqolda doğulan, Portuqaliya millisində oynayan Vilyam Karvalyoya "Transfermarkt" 30 milyon avro qiymət qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər