Mourinyo və Konte arasında gərginlik - VİDEO

Mourinyo və Konte arasında gərginlik - VİDEO

İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsində keçirilən “Çelsi” - “Mançester Yunayted” matçında qalmaqal yaşanıb. 

Fanat.Az xəbər verir ki, matçın 40-cı dəqiqəsində hakimin mübahisəli qərarı komandaların baş məşqçiləri arasında gərginliyə səbəb olub.

Qonaqların baş məşqçisi Joze Mourinyo hakimə etiraz edərkən “Çelsi”nin çalışdırıcısı Antonio Konte onun üzərinə yeriyib və məşqçilər arasında söz davası baş verib. Matçın baş hakimi onlara yaxınlaşaraq sakit olmalarını tapşırıb. 

Qeyd edək ki, bu oyunda 1:0 hesabı ilə qalib gələn “Çelsi” yarımfinala yüksəlib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər