Mourinyo MY-dən gedir - SƏBƏB

Mourinyo MY-dən gedir - SƏBƏB

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərədən getmək istəyir.

 

Fanat.Az "The Sun”a istinadən xəbər verir ki, 54 yaşlı portuqaliyalı mövsümün sonunda "mankunianlar”ı tərk etmək niyyətindədi. Mənbəyə inansaq, klubdakı hazırkı maaşından narazı olan Mourinyonun getməyi planlaşdırması üçün başqa səbəblər də var. Onlardan biri istədiyi oyunçunun yayda transfer olunmamasıdı.Onun PSJ-ni çalışdırmağa qərar verdiyi və artıq Paris klubunun nümayəndələri ilə görüşdüyü vurğulanıb.

 

Qeyd edək ki, Mourinyo "Mançester Yunayted”i ötən ildən çalışdırır.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər