"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo yayda "Şaxtyor”dan 67 mln dollara alınan Fredi niyə az oynatdığının səbəbini deyib.
Fanat.Az "İndependent”ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis duruma belə aydınlıq gətirib:
"Fredə müdafiə planında daha güclü komanda lazımdı. Belədə, ondan meydanın mərkəzində oynamaq tələb olunmaz. Biz "arxa cəbhə”ni gücləndirsək, Fredin də önündə yeni üfüqlər açılar”.
Qeyd edək ki, bu mövsüm "mankunianlar”ın formasıyla 10 oyuna çıxan braziliyalı 1 qol vurub.
Fanat.Az