Çempionlar Liqasının 3-cü turunda öz meydanında "Yuventus"a 0:1 hesabıyla uduzan "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo tərəfdarların təzyiqi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, "Yuventus" fanatlarının söyüşlərinə 3 barmaq işarəsi ilə cavab verən portuqaliyalı İtaliya "İnter"i ilə etdiyi het-triki xatırladıb.
2009/10 mövsümündə A seriyasının qalibi adını qazanmaqla yanaşı, İtaliya Kubokunu başı üzərinə qaldıran və Çempionlar Liqasında qalib olan Mourinyolu "İnter" "Yuve"ni kölgədə qoymuşdu.
Fanat.Az