Morata bunu çox arzulayır: "Puldan vacibdir"

Morata bunu çox arzulayır: "Puldan vacibdir"

"Atletiko Madrid"in hücumçusu Alvaro Morata komandası ilə titul qazanmaq arzusunu dilə gətirib.

Fanat.Az xəbər verir ki, "El Larguero" onun dediklərini belə çatdırıb:

"Mən çox və ya az ql vura bilərəm, amma "Atletiko" ilə titul qazanmağı çox istəyirəm. Bu, həm puldan, həm də fərqli münasibət gördüyüm digər ölkələrə qayıtmaqdan daha vacibdir. "Atletiko" forması ilə titul qazanıb sonra getmək daha çətindir. Əvvəllər də çempionluq sevinci yaşamışam. Bu uğura indiki komandamla imza atmaqdan zövq almaq istəyirəm".

Morata 2019-cu ildən "Atletiko"nun formasını geyinir. Paytaxt təmsilçisi 2020/2021 mövsümündə İspaniya çempionu adını qazansalar da, Alvaro həmin vaxt "Yuventus"da icarədə olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər