Morata Almaniya klubuna təklif olundu

Morata Almaniya klubuna təklif olundu

Son iki mövsümü icarə əsasında "Yuventus"da keçirən Alvaro Moratanın agentləri hücumçuya yeni iş yeri axtarır.

Fanat.Az xəbər verir ki, müqavilə ilə "Atletiko Madrid"ə məxsus olan forvard "Bayern Münhen"ə də təklif olunub.

İnformasiyanı "Bayern & Germany" yayıb.

Mənbə Münhen təmsilçisinin təklifi geri çevirdiyini vurğulayıb. Xəbərə görə, Almaniya nəhəngindən ayrılmaq istəyən Robert Levandovskiyə əvəzləyici axtaran münhenlilər ispan oyunçunun polşalının yoxluğunu unutdura biləcəyinə inanmadıqları üçün bu varianta "yox" deyiblər.

Qeyd edək ki, Morata "Yuventus"da keçirdiyi son 2 mövsümdə 67 matça çıxaraq 20 qol vurub və İtaliya Kubokunu qazanıb. Onun "Atletiko" ilə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər