Modriç 500-ə çatdı

Modriç 500-ə çatdı

"Real Madrid"in xorvat ulduzu Luka Modriç "Kral klubu"nun forması ilə yubiley matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Luka La Liqanın 11-ci turu çərçivəsində dünən keçirilən matçın -  "Barselona" ilə görüşün (2:1) 63-cü dəqiqəsində oyuna qoşulub. 

Bu, 38 yaşlı futbolçunun "Real"ın heyətində 500-cü görüşü olub.

2012-ci ildən İspaniya nəhənginin uğurları üçün çalışan Modriç bu müddət ərzində 37 qol, 78 məhsuldar ötürmə ilə yadda qalıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər