"Minsk-2019": İrina Zaretska "gümüş"lə kifayətləndi - YENİLƏNİB

"Minsk-2019": İrina Zaretska "gümüş"lə kifayətləndi - YENİLƏNİB
Azərbaycan karateçisi İrina Zaretska II Avropa Oyunlarında gümüş medal qazanıb. 
Fanat.Az xəbər verir ki, 68 kq çəkidə yer alan qadın idmançı finalda italiyalı Silviya Semeraroya uduzub.
Daha əvvəl Roman Heydərov kişilərin kata yarışında bürünc medal əldə edib. Asiman Qurbanlı (+84 kq) isə finala yüksəlib.
 
***18.45
Azərbaycanın karateçisi Asiman Qurbanlı II Avropa Oyunlarına yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, +84 kq çəkidə mübarizə aparan idmançımız finala vəsiqə uğrunda gürcüstanlı Qoqita Arkaniya ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn karateçimiz finala vəsiqə qazanıb. 
Təmsilçimiz həlledici qarşılaşmada Anjelo Kveşiç (Xorvatiya) ilə görüşəcək. Final Bakı vaxtı ilə 19:41-də başlayacaq.
***17.22
 
Azərbaycanın qadın karateçisi İrina Zaretska II Avropa Oyunlarına yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində yer alan idmançı ukraynalı Halina Melnyukla qarşılaşıb.
Görüşdən qalib ayrılan Azərbaycan təmsilçisi finala yüksəlib - 1:0.
Qeyd edək ki, bu gün digər Azərbaycan karateçisi Asiman Qurbanlı (84 kq) da yarımfinal görüşünü keçirəcək. O, finala vəsiqə uğrunda gürcüstanlı Gogita Arkanianı sınağa çəkəcək. 
***14.16
Azərbaycanın qadın karateçisi İrina Zaretska II Avropa Oyunlarında yarımfinala yüksəlib. 
Fanat.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı A qrupunda keçirdiyi 3 qarşılaşmadan ikisində qələbə qazanıb, birində isə heç-heçə edib. 
Zaretskanın italiyalı Silviya Semeraro ilə duelində qalib müəyyənləşib - 0:0. Karateçi ardınca fransalı Alize Aqieri 7:2 hesabı ilə məğlub edib. İdmançı daha sonra Slovakiya təmsilçisi Miroslava Kopunovadan güclü olub - 6:0.
Qeyd edək ki, bu gün Asiman Qurbanlı (84 kq) da kumite yarışlarında mübarizə aparacaq. Roman Heydərov (kata) isə bürünc medal uğrunda görüşdə almaniyalı İlya Smorgunerlə qarşılaşacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər