19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunları idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az sentyabrın 18-dən 28-dək Bolqrıstanın Albena şəhərində təşkil olunacaq qitə çempionatının oyunların təqvimini və hakim təyinatlarını diqqətinizə çatdırır:
Azərbaycan – Bolqarıstan 21 sentyabr. Albena. Saat 18:00 Baş hakim: Yonas Yanovits (Estoniya) Baş hakimin köməkçiləri: Aron Harsinq (Estoniya), Egil Qudlauqson (İslandiya) Dördüncü hakim: Helqi-Mikael Yohansson (İslandiya) Türkiyə - Azərbaycan 24 sentyabr. Albena. Saat 14:00 Baş hakim: Helqi-Mikael Yohansson (İslandiya) Baş hakimin köməkçiləri: Egil Qudlauqson (İslandiya), Hristo Hadjiyski (Bolqarıstan) Dördüncü hakim: Georgi Qinçev (Bolqarıstan) Lüksemburq – Azərbaycan 27 sentyabr. Albena. Saat 18:00 Baş hakim: Helqi-Mikael Yohansson (İslandiya) Baş hakimin köməkçiləri: Egil Qudlauqson (İslandiya), Hristo Hadjiyski (Bolqarıstan) Dördüncü hakim: Georgi Qinçev (Bolqarıstan)