Boliviya millisinin sabiq futbolçusu Serxio Xuareqi Meksikada yoldaşlıq oyunu zamanı güllələnib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Proceso" yayıb.
Xəbərə görə, keçmiş futbolçu su içmək üçün meydannın kənarına çıxar-çıxmaz bir nəfər ona yaxınlaşaraq 6 dəfə atəş açıb. Qısa müddət sonra hadisə yerinə təcili xidmətlər gəlsə də, Xuareqini xilas edə bilməyib. 38 yaşlı futbolçunun qatili aradan çıxa bilib.
Mərkəz müdafiəçisi kimi çıxış edən Serxio Xuareqi Boliviya millisində 13 oyun keçirib.
Mirağa