Almaniya millisinin futbolçusu Timo Verner formasını geyindiyi "Layptsiq"in tarixinə düşüb.
Fanat.Az "OptaFranz"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu buna "Bohum"u 4:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın VIII tur oyununda nail olub.
Görüşdə dublla yadda qalan forvard sözügedən komandanın heyətində 100 qol həddini aşan ilk oyunçu olub.
Qeyd edək ki, Verner avqustunda İngiltərənin "Çelsi" klubundan Bundesliqa təmsilçisinə qayıdıb. Hücumçu 2016 - 2020-ci illərdə də "Layptsiq"də çıxış edib.