Millinin heyətində dəyişiklik edildi

Millinin heyətində dəyişiklik edildi

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 20-də Bakı İdman Sarayında Niderland yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını bu gün bərpa edib.

Fanat.Az xəbər verir ki, heyətdə zədəli və cəzalı futzalçı olmasa da, 2 gün əvvəl Rumıniyaya məğlub olan komandada dəyişiklik edilib. 

İsa Atayev heyətdən kənarlaşdırılıb, Maneka millinin düşərgəsinə cəlb edilib. Hücumçu hazırda Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edir.

Qeyd edək ki, Niderlandla oyun sentyabrın 20-də, saat 18:30-da Bakı İdman Sarayında keçiriləcək. "CBC Sport"la canlı yayımlanacaq oyuna giriş sərbəst olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər