Millimizlə oyundan öncə Lüksemburq yığmasında koronavirus şoku

Millimizlə oyundan öncə Lüksemburq yığmasında koronavirus şoku
UEFA Millətlər Liqasının VI turunda bu gün Azərbaycanla qarşılaşacaq Lüksemburq yığmasının iki futbolçusu koronavirusa yoluxub.
Fanat.Az federasiyanın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, bunlar qapıçı Antoni Moris və hücumçu Jerson Rodrigeşdir. Bu səbəbdən, hər iki oyunçu matçı buraxacaq.
Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər