Millimizin üzvü uzatma dəqiqələrində yada düşdü

Millimizin üzvü uzatma dəqiqələrində yada düşdü

İngiltərənin səviyyəcə 3-cü olan Birinci Liqasında 22-ci turun oyunları keçirilib.

 

Fanat.Az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Bristol Rovers”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Serhat da bu qarşılaşmanın iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.

"Piterboro Yunayted” 22 turdan sonra 36 xalla 23 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər