Portuqaliya Premyer Liqasında XXXI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, milli futbolçumuz Emin Mahmudovun komandası - “Boavişta” öz meydanında “Tondela”yla üz-üzə gəlib.
Oyuna ehtiyatda başlayan Emin 61-ci dəqiqədə meydana çıxıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 31 tura 38 xal toplayan “Boavişta” turnir cədvəlinin 8-ci pilləsindədi.
Fanat.Az