Millimizin üzvü komandasını növbəti mərhələyə çıxartdı

Millimizin üzvü komandasını növbəti mərhələyə çıxartdı

Futbol üzrə Niderland kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökcünün formasını geyindiyi “Eyndhoven” də bu turnirdə növbəti matçına çıxıb.   Sözügedən kollektiv doğma meydanda “Villem II” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılmaqla növbəti mərhələyə yüksəlib.   Ozan Can Kökcü bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 2-ci dəqiqədə məhz Kökcü vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər