Millimizin üzvü İsrail klubuna keçir

Millimizin üzvü İsrail klubuna keçir
Elvin Məmmədov və Cavid Tağıyevdən sonra Əli Babayev də "Sumqayıt"dan ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü şəxsi "Facebook" səhifəsində məlumat verib. 
Klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlərə təşəkkür edən 28 yaşlı oyunçu ölkə kubokunu qazana bilmədikləri üçün təəssüfünü dilə gətirib. İsrail əsili futbolçu sonda isə "AVRO-2020"nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə Bakıda keçiriləcək oyunlarda millimizə uğurlar arzulayıb.
Qol.az-ın əldə etdiyi məlumata görə, Əli karyerasını yenidən İsraildə davam etdirəcək. Ancaq onun hansı kluba keçəcəyi barədə hələlik məlumat yoxdu.
Qeyd edək ki, Babayev "Sumqayıt"a ötən yay İsrilin "Hapoel Raanana" klubundan keçmişdi. O, "gənclik şəhəri" təmsilçisi ilə 2 illik müqavilə bağlamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər