Millimizin üzvü "Gent"ə qarşı oynadı, komandası uduzdu

Millimizin üzvü "Gent"ə qarşı oynadı, komandası uduzdu
Azərbaycan millisinin futbolçusu Pavel Paşayev çıxış etdiyi  "Aleksandriya” ilə növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Ukrayna klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Gent"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
Millimizin müdafiəçisi 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ukrayna təmsilçisi İ qrupunu 3 xalla sonuncu pillədə başa vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər