Millimizin üzvü baş məşqçisiz qaldı

Millimizin üzvü baş məşqçisiz qaldı

Kiprin “Etnikos” klubunun rəhbərliyi komandanın baş məşqçisi Elias Xaralambusu qovub. 

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.   İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin də formasını geyindiyi bu kollektiv cari mövsümdə hələ də qələbə qazana bilməyib. 10 oyunda cəmi 2 heç-heçəyə nail olan “Etnikos”, 2 xalla 12 iştirakçı arasında sonuncudur. Azərbaycanlı futbolçu bu görüşlərin doqquzunda meydanda olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər