Millimizin üzvü Almaniyada dubl etdi

Millimizin üzvü Almaniyada dubl etdi

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə “Paderborn”la 3:3 hesablı heç-heçə edib.

Nazarov start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının iki qolunu da məhz Dmitri vurub. O, 63 və 70-ci dəqiqələrdə penaltidən dəqiq yararlanıb. Amma komandası son dəqiqələrdə buraxdığı 2 qolla qələbəni əldən verib.

24 oyuna 16 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər