Milli komandamızın üzvü Tuğrul Erat "Fortuna"dan ayrılacaq. Fanat.az xəbər verir ki, bu barədə Düsseldorf klubunun idman direktoru Raşid Azuzi məlumat verib.
Klub rəsmisi bildirib ki, bir neçə futbolçunun müqaviləsini yeniləməyəcəklər. Onlardan biri də Tuğrul Erat olacaq. Millimizin üzvünün müqaviləsi bu ilin 30 iyununda başa çatacaq. Ondan sonra azad agent olacaq futbolçu yayda özünə yeni klub tapmaladı.
Qeyd edək ki, Tuğrul Erat "Fortuna"nın yetirməsidi. O, 2010-cu ildən çıxış etdiyi klubun U-23 komandasında 105 oyun keçirib və 19 qol vurub. 2013/14 və 2014/15 mövsümlərində əsas komandaya cəlb olunan 23 yaşlı yarımmüdafiəçi II Bundesliqada 34 oyun keçirib və 2 qol vurub.
Fanat.az