Millimizin üzvləri Polşada oyuna çıxır

Millimizin üzvləri Polşada oyuna çıxır

Bu gün Polşa Ekstraklassasında 6-cı tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının 2 üzvü - "Legiya"da çıxış edən Mahir Emreli və "Visla Plotsk"un üzvü Anton Krivotsyuk sonuncu oyun günü meydana çıxacaqlar. 

Əvvəlki 5 turda cəmi 6 xal əldə edə bilən Antonun komandası evdə "Rakov"la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Avrokubokda iştirakı səbəbindən iki oyunu təxirə salınan "Legiya" isə Krakov "Visla"sının qonağı olacaq. Matç 19:30-da başlayacaq. Keçirdiyi 3 oyundan 2-də qələbə qazanıb 1-də uduzan varşavalılar Avroliqanın qrupuna düşdükdən sonra çempionata köklənmək məcburiyyətindədir.

Qeyd edək ki, Mahirlə Anton millimizə Lüksemburqda qoşulacaqlar.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər