17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində təlim-məşq toplanışı olacaq.
Fanat.Az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Yoldaşlıq oyunları üçün yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Ayxan Abbaszadə - Turan Tovuz 2. Həbib Hüşənov - Qəbələ 3. Tuncay Əhmədov - Sabah 4. Firudin Kişiyev - EFA 5. Əhməd Tarverdiyev - Sabah 6. Səmid Əhmədov - Qəbələ 7. Vüsal Paşayev - Sumqayıt 8. Nadir Orucov - Sumqayıt 9. Rəşad Alışov - Sabah 10. Ramin Əvəzov - Sabah 11. Ömər Kərimov - Qəbələ 12. Babamirzə Mehdiyev - Sabah 13. Anar Hüseynov - Sabah 14. Ziya Şəkərxanov - Qəbələ 15. Elnur Cabbarlı - Sumqayıt 16. Sadiq Məmmədli - Neftçi 17. Ömər Nəsibov - Neftçi 18. Amin Muradov - Neftçi 19. Həsən Nəzərli - Ankaragücü (Türkiyə) 20. Hikmət Cəbrayılov - Qarabağ 21. İslam İsmayılzadə - Səbail 22. Amid Qasımov - Qarabağ 23. Röyal Fərzullazadə - Neftçi 24. Ümid Səlimov - Şamaxı