Azərbaycan millisinin sabiq üzvü Tuğrul Eratın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbə verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi Almaniyada həvəskarlar liqasında çıxış edəcək. Belə ki, Tuğrul Oberliqa adlanan 5-ci divizion təmsilçisi "Ştralen”lə birillik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Turul Erat karyerası ərzində Almaniyanın "Fortuna" və "Duysburq” klubarında çıxış edib. 2013-2014-cü illərdə U-21 yığmamızda çıxış edən (6 oyun, 3 qol) futbolçu 2014-cü ildən sonra A millimizdə 3 oyun keçirib.
Fanat.Az