Millimizin sabiq üzvü Almaniya klubundan ayrıldı

Millimizin sabiq üzvü Almaniya klubundan ayrıldı
Azərbaycan millisinin sabiq üzvü Tuğrul Erat Almaniyanın "Ştralen” klubundan ayrılıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı sağ cinah müdafiəçisi həvəskarlar liqasında oynamaq istəməyib. Onun karyerasını Türkiyədə davam etdirmək niyyətində olduğu bildirilir.
Qeyd edək ki, 2013-2014-cü illərdə Azərbaycan U-21-də (6 oyun, 3 qol) Tuğrul Erat 2014-cü ildə A millimizdə 3 oyun keçirib. O, bundan əvvəl Almaniyanın "Fortuna" (Düsseldorf) və "Duysburq" klublarında oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər